16.4 C
Gence
16.4 C
Gence

Kommunal qəza baş vermiş küçədə bir ilə yaxındır çirkab sular axır

Gəncədə küçələrdən birində tez-tez kommunal qəza baş verir. Bu haqda Gencexeber.az-a 23 noyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Təbriz küçəsinin 3-cü döngəsindən gedir. Burada artıq bir ildir ki, mütəmadi olaraq çirkab sular axır. Ərazidə boru partlayıb və yerin altından kanalizasiya suları qaynayır.

Nəticədə küçədə antisanitar vəziyyət və pis qoxu yaranır. Bu hal sakinlərin narazılığına səbəb olur.

Ən Çox Oxunan