Gəncədə qəzalı su xətlərinin təmiri üzrə tədbirlər görülüb. Bu haqda məlumat sentyabrın 6-sı sosial şəbəkələrdə paylaşılıb.
Sözügedən işlərin biri Ozan küçəsi 73, ünvanında, digəri isə Z.Xəlil ilə A.Məmmədov küçələrinin kəsişməsində aparılıb. Ərazilərə Gəncə Sukanal TSC-nin ekskavatoru və canlı qüvvəsi cəlb edilib. Asfalt örtüyü dağıdılıb və boruların qəzalı hissələri üzə çıxarılıb.
Növbəti mərhələdə yeni su siyirtmələrinin quraşdırılması həyata keçirilərək problem aradan qaldırılıb.

