18.6 C
Gence
18.6 C
Gence

İki küçəyə yeni su və kanalizasiya sistemləri çəkilir

Gəncədə daha iki küçədə kanalizasiya və su sistemləri yenilənir. Bu haqda Gencexeber.az-a 12 may tarixində məlumat daxil olub.

Sözügedən işlər şəhərin İsrafil Məmmədov küçəsi, 1-ci döngə və Oğuz küçəsində aparılır. Hazırda həmin ərazilərdə boruların salınması üçün işlər gedir. Adıçəkilən küçələrə canlı qüvvə və texnika cəlb olunub. İşlər “Maqro” şirkətinin əməkdaşları tərəfindən görülür.

Sonra küçəyə asfalt örtüyünün salınacağı bildirilir.

Ən Çox Oxunan