Gəncədə sakinlər kanalizasiya qoxusundan narazıdırlar. Bu haqda Gencexeber.az-a 7 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin Cabbar Ələkbərov və Cahangir Axundov küçələrindən gedir. Adıçəkilən ərazilərdən keçən arxa kanalizasiya suları axıdılır. Nəticədə küçələrdə kəskin qoxu, antisanitar vəziyyət və xoşagəlməz qoxu yaranır.
Bu haldan narahat olan sakinlər narazılıq bildirirlər.
“Nə özümüz küçəyə çıxa bilirik, nə də uşaqlar. Üfunət iyindən boğuluruq. Belə şəraitdə xəstəliklər də əmələ gələcək. Sağlamlığımıza görə narahatıq. Xahiş edirik ki, aidiyyəti qurumlar bu problemi həll etsinlər”, – deyə onlar qeyd ediblər.