Gəncədə küçələrin işıqlandırılması işləri davam edir. Bu haqda Gencexeber.az-a 4 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mirzə Şəfi Vazeh və General Əsədov küçələrindən gedir. Burada “Azərişıq” ASC-nin əməkdaşları çalışırlar. Ərazidə yeni elektrik xətləri çəkilir. Həmçinin işıq dirəklərinin quraşdırılması üçün müvafiq işlər aparılır.