10.3 C
Gence
10.3 C
Gence

Kanalizasiya borusu deşilib

Gəncədə dəmir yol vağzalına qədər çirkab suları axır. Bu haqda məlumat oktyabrın 3-ü Gencexeber.az-a daxil olub.

Hadisə Aida İmanquliyeva küçəsində qeydə alınıb. Orada kanalizasiya boruları sıradan çıxıb. Bu səbəbdən çirkab suları yol boyunca axaraq Dəmiryol vağzalına kimi çıxır. Əraziyə pis qoxu yayılır.

Xatırladaq ki, Aida İmanquliyeva küçəsində sözügedən məsələ uzun müddətdir davamlı olaraq baş verir.

Ən Çox Oxunan