14.7 C
Gence
14.7 C
Gence

Kamera Orkestri binasının ətrafı təmizlənib

Gəncədə təmizlik işləri aparılıb. Bu haqda 25 noyabr tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.

Gəncə Dövlət Kamera Orkestri binasının ətraf əraziləri tullantılardan təmizlənib. Bu binanın uzun müddət nəzarətsiz qalan ətrafı həmin ərazidə yaşayan sakinlər tərəfindən zibilxanaya çevrilmişdi.

MKTİB-nin əməkdaşları bura atılan zibilləri təmizləyib və ərazidən daşıyıblar.

Ən Çox Oxunan