14.7 C
Gence
14.7 C
Gence

Küçəyə axan çirkab sular sakinlərin narazılığına səbəb olub

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 5 oktyabr tarixində məlumat daxil olub.

Sözügedən hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Burada iki gündən çoxdur ki, çirkab sular küçəyə axır. Nəticədə antisanitar vəziyyət və pis qoxu ortaya çıxıb.

Sakinlər yaranan haldan narazıdırlar. “Küçəni pis qoxu bürüyüb. Gəlib problemi aradan qaldırsalar, yaxşı olardı”, – deyə onlar bildiriblər.

Ən Çox Oxunan