25.4 C
Gence
18.5 C
Ganja

Küçələrin birində su “fontan vurur”

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 1 sentyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Burada sakinləri içməli su ilə təchiz edən boru partlayıb. Sakinlər bildirirlər ki, ərazidə su “fontan vurur”.

Qeyd edək ki, küçənin qəza baş vermiş hissəsi daha öncə qazılıb və xüsusi hasara alınıb.