19.7 C
Gence
18.5 C
Ganja

Küçələrin birində su borusu partlayıb

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 24 fevral tarixində məlumat daxil olub.

Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Burada sakinləri içməli su ilə təchiz edən boru partlayıb. Əraziyə “Azərsu” ASC-nin əməkdaşları cəlb olunublar. Bu gün səhər saatlarında burada asfalt örtüyü qazılaraq təmir işləri aparılıb.