Gəncədə təmizlik işləri görülür. Bu haqda Gencexeber.az-a 19 yanvar tarixində məlumat daxil olub.
Növbəti işlər Şəhidlər Xiyabanında görülür. Əraziyə MKTİB-nin təxnikası və canlı qüvvəsi cəlb olunub. Burada ətraf tullantılardan təmizlənir, ağacların qurumuş budaqları kəsilir və daşınması üçün xüsusi maşınlara yığılır. Həmçinin ərazidə müxtəlif güllər əkilir, mövcud yaşıllıq suvarılır.