16.9 C
Gence
16.9 C
Gence

Şəhərin mərkəzində yerləşən binanın təmirə ehtiyacı var

Gəncədə bəzi binaların sakinləri bloklarının baxımsız olduğundan narazıdırlar. Bu haqda Gencexeber.az-a 23 noyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Atatürk prospektində yerləşən 265 nömrəli binadan gedir. Tikilinin blokları qəzalı vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. Burada divarların boyası qopub tökülüb, pilləkənlər və tavan isə çatlayıb.

“Binaya girməyə qorxuruq ki, nəsə qopub başımıza düşər. Bu binanın blokları təmir olunsa, çox sevinərik”, – deyə sakinlər bildirirlər.

Ən Çox Oxunan