16.4 C
Gence
16.4 C
Gence

Şəhərin mərkəzində su borusu partlayıb

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 18 noyabr tarixində məlumat daxil olub.

Sözügedən hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. Ərazidə su borusu partlayıb. Nəticədə prospekt boyunca su axır.

Piyada və avtomobillərin hərəkəti xeyli məhdudlaşıb. Hadisə yerinə “Azərsu” ASC-nin əməkdaşları cəlb olunub. Burada təmir işləri aparıldığı bildirilib.

 

Ən Çox Oxunan