25.4 C
Gence
18.5 C
Ganja

Şəhərin mərkəzində su borusu partlayıb

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 11 sentyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Təbriz və Firdovsi küçələrinin kəsişməsində qeydə alınıb. Burada sakinləri içməli su ilə təchiz edən yeraltı su borusu partlayıb. Sakinlərin sözlərinə görə, bu səbəbdən bir neçə gündür ki, Təbriz küçəsi boyunca su axır.

Xatırladaq ki, bir müddət öncə Aida İmanquliyeva küçəsində baş vermiş kommunal qəza haqda məlumat vermişdik.