Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 31 mart tarixində məlumat daxil olub.
Sözügedən hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Mega Store” mağazasının qarşısında sakinləri içməli su ilə təchiz edən boru partlayıb. Nəticədə prospekt boyunca su axmağa başlayıb.
Avtomobillər ərazidən yüksək sürətlə keçən zaman su səki ilə hərəkət edən piyadaların üstünə sıçrayır, bu da onların narazılığına səbəb olur.