16.9 C
Gence
16.9 C
Gence

Şəhərin mərkəzində partlayan su borusu təmir olunur

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 6 may tarixində məlumat daxil olub.

Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. 41 nömrəli tam orta məktəbin qarşısında sakinləri su ilə təchiz edən əsas xətdə qəza baş verib. Su borusu partlayıb. Nəticədə 10 günə yaxın müddət küçə boyunca su axıb.

Əraziyə “Azərsu”nun əməkdaşları cəlb olunublar. Kommunal qəzanın aradan qaldırılması üzrə işlər görülüb.

Ən Çox Oxunan