13.6 C
Gence
13.5 C
Ganja

Şəhərin mərkəzində küçə zibillənib

Gəncədə bir küçədə natəmizlik müşahidə olunur. Bu haqda Gencexeber.az-a 31 oktyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Qara Qarayev küçəsindən gedir. Adıçəkilən əraziyə məişət tullantıları atılıb. Konteynerlər dolu olduğundan zibillər ətrafa tökülüb.

Sakinlərin sözlərinə görə, bu hal mütəmadi olaraq təkrarlanır.

“Bura şəhərin mərkəzidir. Tullantıların kəskin qoxusundan yanından keçə bilmirik. İstəyirik ki, ərazi təmizlənsin”- deyə onlar əlavə ediblər.

Sözügedən mənzərə şəhərimizin sakinləri və qonaqlarında mənfi təəssürat yaradır.

Ən Çox Oxunan