9.7 C
Gence
9.7 C
Gence

Şəhərin mərkəzində işıqlar kəsilib

Şəhərin bir neçə ərazisində işıqlar yanmır. Bu haqda məlumat sentyabrın 26-sı Gencexeber.az-a daxil olub.

Sözügedən hal şəhərin mərkəzində yerləşən Cavad xan küçəsində, Heydər Əliyev prospektinin bir hissəsində, eləcə də “Gəncə Mall”da müşahidə edilir. Bildirilib ki, Gülüstan qəsəbəsi və Bala Bağman ərazisində də işıqlar yanmır.

Bu dəqiqəyə redaksiyamısa daxil olan məlumata görə, yuxarıda qeyd edilən ərazilərin dünən axşam saatlarından işıq təchizatı dayandırılıb. Siyahının daha da uzun olması ehtimal olunsa da, şəhərin digər hissələrində mövcud vəziyyət haqda dəqiq məlumat yoxdur.

Sakinlərin sözlərinə görə, elektrik stansiyaların birində qəza baş verib.

Ən Çox Oxunan