14.7 C
Gence
14.7 C
Gence

Şəhərin daha iki hissəsində yerin altından su qaynayır

Daha iki ərazidə su boruları partlayıb. Bu haqda sentyabrın 3-ü Gencexeber.az-a məlumat daxil olub.

Hadisənin biri Şəddadilər küçəsində baş verib. Orada boru deşilib. Asfaltın altından qaynayan su küçə boyunca axır və palçıq yaradır. Sakinlərin sözlərinə görə, bu hal 1 həftəyə yaxındır ki, müşahidə edilir. Aidiyyəti quruma xəbər verilsə də, təmir işləri aparılmayıb.

Qeyd edək ki, eyni hal Sabir küçəsində də qeydə alınıb.

Xatırladaq ki, Gəncəni su ilə təmin edən əsas xətlərdən biri yenə partlayıb.

Ən Çox Oxunan