Gəncədə növbəti təmizlik işləri görülüb. Bu haqda 14 mart tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
“Təmiz şəhər” aksiyası davam edir. Kampaniya çərçivəsində MKTİB işçiləri Heydər Əliyev meydanında, Gəncə Dövlət Filarmoniyasının qarşısında, Atatürk prospektinin yaxınlığında və Sadıllı qəsəbəsinə yaxın ərazilərdə kompleks təmizlik işləri aparıblar.
Qurumun canlı qüvvəsi və texnikası vasitəsilə filarmoniyanın qarşısındakı fəvvarələr yuyulub, təmizlənib, mövcud yaşıllıqlar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib, park və xiyabanlara güllər və həmişəyaşıl kollar əkilib.
Bundan başqa, aksiya Gəncəçayın məcrasında da davam etdirilib. Ərazi məişət tullantılarından, ağac qırıntılarından, kol-kos və alaq otlarından, təmizlənib.