Gəncədə abadlıq işləri davam edir. Bu haqda 25 aprel tarixində MKTİB-yə istinadən məlumat veririk.
Sözügedən işlər Gəncə Beynəlxalq Hava Limanına gedən yolda aparılıb. Heydər Əliyev Parkından hava limanına qədər ərazini əhatə edən kompleks abadlaşdırma işləri çərçivəsində magistralın hər iki istiqaməti təmizlənib, yolun kənarlarındakı təhlükəsizlik bordürləri su çiləyici maşınlarla yuyulub, çatlayan və qırılan plitələr yenilənib.
Ərazidə mövcud olan yaşıllığa aqrotexniki qulluq göstərilib. Aksiyada məqsəd Nizami yurduna gələn qonaqların və şəhər sakinlərinin rahatlığını təmin etmək olub.