9.7 C
Gence
9.7 C
Gence

Şəhərdə canlı qüvvə və texnika vasitəsilə kompleks təmizlik işləri aparılıb

Şəhərdə kompleks təmizlik işləri davam etdirilir. Bu haqda oktyabrın 3-ü Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İB-nin Mətbuat Xidmətinə istinadən məlumat veririk.

Təmizlik şöbəsi və Ərazi Xidmət Sahələri tərəfindən şəhərin Nizami Gəncəvi prospektində yerləşən 41 saylı orta məktəbin yaxınlığındakı küçələrdə, eləcə də onların kəsişmələrində iməcilik keçirilib.

Texnika və canlı qüvvə cəlb olunaraq görülən kompleks təmizlik işləri Mehti Hüseynzadə, Səməd Vurğun, Aslanbəy Safıkürdski, Muxtar Hacıyev, Bağmanlar və Eminbəyli küçələrində təşkil olunub. Adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, eləcə də toz-torpaqdan təmizlənib.

Ən Çox Oxunan