Gəncədə növbəti iməcilik keçirilib. Bu haqda 10 iyun tarixində MKTİB-yə istinadən məlumat veririk.
MKTİB-nin canlı qüvvəsi və xüsusi texnikaları vasitəsilə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, istiqamətverici nişanların, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib. Həmçinin prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib.