Gəncədə təmizlik işləri aparılır. Bu haqda 31 avqust tarixində MKTİB-yə istinadən məlumat veririk.
Son günlər havaların yağmurlu keçməsi şəhər ərazisindən keçən arx və kanalların kol-kos, alaq otları və arxın axınına mane olan məişət tullantılarından təmizlənməsini vacib edib. MKTİB-nin canlı qüvvə və texnikası tərəfindən şəhərin Mobil Əhmədov və Ömər Faiq küçələrindən keçən arxların daxilində və ətrafında genişmiqyaslı təmizlik işləri aparılıb.
Aksiya zamanı adıçəkilən ərazilərdən arx vasitəsilə sel sularının gətirdiyi məişət və digər tullantıların yığılaraq texnikalar vasitəsilə daşınması təmin edilib. Həmçinin ərazidə təmirə ehtiyacı olan konteynerlər yenisi ilə əvəz olunub.