25.8 C
Gence
25.8 C
Gence

Gəncə: yağışın fəsadları aradan qaldırılır

Gəncədə Cavadxan küçəsində güclü yağışdan sonra binaların damından tökülən palçıq təmizlənir. Bu barədə bu gün, 28 iyul tarixində Gəncədəki müxbirlərimiz məlumat verib.

Yağışdan sonra küçəni palçıqdan təmizləmək üçün aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Şahidlərdən aldığımız məlumata görə, həmçinin kanalizasiya sistemi düzgün işləmədiyindən yağışdan yığılan suyun səviyyəsi yuxarı qalxaraq obyektlərə dolub.

İyulun 28-ə keçən gecə Gəncədə leysan yağışlar nəticəsində şəhərin bəzi küçələrini, həmçinin, mərkəzi küçələri və fərdi evlərin həyətyanı sahələrini su basıb. Avtomobillərin hərəkəti çətinləşib. Şəhərin bəzi yerlərində elektrik enerjisi kəsilib.

 

Ən Çox Oxunan