Gəncənin Ruzigar Qasımov küçəsində su borusu partlayıb. Hadisə barədə avqustun 6-da məlum olub.
Qəza nəticəsində evlərin və binaların zirməsinə su dolub. Sakinlərin və avtomobillərin hərəkəti çətinləşib. Su bir neçə küçə və prospektdə fəsadlar törədib.
Hadisə yerində Azərsuyun əməkdaşları təmir-bərpa işləri görüb.
