25.3 C
Gence
25.3 C
Gence

Gəncə: su aydınlıqdı deyirlər

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 1 fevral tarixində məlumat daxil olub.

Qəza 28 May küçəsində qeydə alınıb. Hadisə səhər saatlarında baş verib. Aldığımız məlumata əsasən, küçə boyu su axır. Bu vəziyyət avtomobillərin və piyadaların hərəkətinə maneə yaradır. Sakinlərin sözlərinə görə, avtomobillər küçə ilə hərəkət edən zaman piyadaların üzərinə su sıçrayır və paltarları palçıq olur. Hazırda əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Təmir işləri aparılır.

Qeyd edək ki, bu, həmin ərazidə olan ilk qəza deyil. Buradakı boru tez-tez təmir olunsa da, hadisə mütəmadi olaraq təkrarlanır.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan