Gəncədə 27-28 iyul tarixində saat 09:00-dan 19:00-dək profilaktika və təmir işləri ilə əlaqədar olaraq təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Gencexeber”-in müxbiri məlumat verib.
27 iyul tarixində Gəncə çayının sol sahili ətrafında, 28 iyul isə çayın sağ sahil ətrafında, 3-cü və 4-cü mikrorayonda qaz təchizatında məhdudiyyətlər olacaq.