21.4 C
Gence
21.4 C
Gence

Gəncənin su təchizatı sistemi yenidən qurulur

Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurma işlərinin 42 faizi başa çatıb. Bu haqda 31 yanvar tarixində Report-a istinadən məlumat veririk.

“Azərsu” ASC-nin verdiyi məlumata əsasən, layihə 2011-ci ilin sentyabr ayından başlayıb. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Gəncədə həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib.

Bundan başqa qeyd olunub ki, şəhərin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib. Bildirilib ki, şəhərin böyüklüyü nəzərə alınaraq içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir.

Əlavə olaraq inşası nəzərdə tutulan 813 km kanalizasiya şəbəkəsinin və kollektorların 263 km-lik hissəsi tikilib. Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 110 min kubmetr olan təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacağı bildirilib.

Ən Çox Oxunan