24.7 C
Gence
24.7 C
Gence

Gəncənin Sevil Qazıyeva küçəsində təbii qaz problemi

Gəncədə 20-yə yaxın ev odunla qızdırılır. Bu haqda Gancapost.info-ya istinadən məlumat veririk.

Sözügedən məsələ Sevil Qazıyeva küçəsinin aşağı hissəsində müşahidə edilir. Orada yerləşən 20-yə yaxın yaşayış evi elektrik avadanlıqlarla və ya odun sobaları ilə qızdırılır.

Sakinlərin sözlərinə görə, onlar aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, əraziyə qaz xətti çəkilməyib.

“3 ildən artıqdır ki, burada qazsız yaşayırıq. Qışda hər ay işığa 150-200 manat pul veririk”, – deyə İspəndiyar Məmmədov adlı sakin bildirib.

Qeyd edək ki, Gəncə Regional Qaz İstismar Sahəsindən verilən məlumata görə, əraziyə qaz xəttinin çəkilməsi dövlət proqramına salınıb.

Ən Çox Oxunan