10.3 C
Gence
10.3 C
Gence

Gəncənin N.Nərimanov və F.Əmirov küçələrinin sakinləri kanalizasiya problemindən şikayətçidirlər

Gəncədə sakinlər kanalizasiya problemindən narahatdırlar. Bu haqda 25 yanvar tarixində GəncəPost-a istinadən məlumat veririk.

Söhbət şəhərin N.Nərimanov küçəsində yerləşən 2-ci və 4-cü binalardan, həmçinin F.Əmirov küçəsi, bina 16-dan gedir. Sakinlərin sözlərinə görə, kanalizasiya suları binaların zirzəmisinə axır. Bu isə antisanitar vəziyyət və pis qoxu yaradır.

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qeyd olunan ərazidə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində işlər görülür. Sakinlərin şikayəti ilə bağlı məsələ yaxın vaxtlarda öz həllini tapacaq.

Daha öncə şəhərin Nəriman Nərimanov küçəsində yaşayan 2 nömrəli binanın sakinləri ərazidə olan istirahət parkının naməlum adamlar tərəfindən qazıldığından şikayətçi idilər.

Ən Çox Oxunan