20.8 C
Gence
14.5 C
Ganja

Gəncənin bu küçəsində kommunal problemlər mövcuddur

Gəncənin sözügedəcək küçəsində kommunal çətinliklər yaşanır. Bu haqda Gencexeber.az-ın müxbiri 22 noyabr tarixində məlumat verib.

Şəhərin Cavad xan küçəsi 5-ci döngədə kanalizasiya xətləri yoxdur. Küçədə işıqlandırma sistemi mövcud deyil. Su xəttinin köhnə olması səbəbindən borudan küçə boyu su axır. Orada yolun asfalt örtüyü yoxdur.

Qeyd edək ki, şəhər ərazisində köhnə xətlərdə su itkisinin qarşısını almaq üçün borular yenilənir. Gəncədə su-kanalizasiya layihəsinin reallaşdırılması çərçivəsində 50 minə yaxın abonent fasiləsiz olaraq içməli sudan istifadə edir.