10.3 C
Gence
10.3 C
Gence

Gəncənin 90% əhalisi su ilə təmin olunub

Gəncədə şəhərin 90%-i yeni su təchizatı şəbəkəsi ilə təmin olunub. Bu haqda 12 oktyabr tarixində Gencexeber.az Apa-ya istinadən məlumat verir.

Şəhərdə 400 minlik əhali su ilə təchiz olunub. Bunu “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Bakıda keçirilən tədbirdə bildirib. Su təhcizatından başqa dezinfeksiya işləri də həmin layihələr çərçivəsində həyata keçirilib. Bu işlərdə “Azərsu”-ya alman şirkətləri dəstək göstərib.

Qeyd edək ki, Almaniya İnkişaf Bankı (KfW) ilə birgə həyata keçirilən bu layihəyə 2011-ci ildə başlanılıb.

Ən Çox Oxunan