26.4 C
Gence
26.4 C
Gence

Gəncəni su ilə təmin edən su borusu yenə təmir olunub

Yeni Gəncə qəsəbəsində yenə su borusu təmir olunub. Bu haqda Gencexeber.az-ın müxbiri 8 oktyabr tarixində xəbər verib.

Təmir işləri 28 may küçəsində aparılıb. Borunun partlaması hadisəsi isə 6 oktyabr tarixində baş vermişdi. Çox zolaqlı yolun bir hissəsi qırmızı lentlə hasarlanaraq qazılmışdır.

Məlum olduğu kimi, qeyd olunan boru şəhəri su ilə təmin edən əsas xətlərdəndir. Burada üç aya yaxındır ki, qəzalar baş verir. Ərazidə operativ şəkildə təmir işləri aparılsa da, su təchizatında davamlı baş verən kəsintilər bəzi şəhər sakinlərinin narahatçılığına səbəb olur.

Həmin yerdə borunun partlaması nəticəsində asfalt örtüyü zədələnmişdir. Daha sonra, döşəmənin bərpası işləri görülmüşdür. Bu haqda Gencexeber.az xəbər vermişdir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan