13.6 C
Gence
13.6 C
Gence

Gəncə MKTİB arx və kanallarda təmizlik işləri aparıb

Mənzil Kommunal Təsərrüfatı İB arx və kanallarda təmizlik işləri aparıb. Bu haqda Gencexeber.az 15 noyabr tarixində quruma istinadən məlumat verir.

Belə ki, Vəli Xuluflu küçəsindən Samuxa gedib çıxan arxın daşma təhlükəsini nəzərə alaraq, xüsusi texnikalar və canlı qüvvələr cəlb olunmaqla hidrotexniki qurğu məişət və digər tullantılardan təmizlənib. Suyun maneəsiz axımı artıq təmin edilib.

Şəhərimizin əksər hissəsində məişət tullantıları üçün müxtəlif tutumlu konteynerlər yerləşdirilib. Lakin bəzi sakinlər məişət və digər tullantılarını arxlara və kanallara atmağa üstünlük verirlər. Bu da öz növbəsində mövsümdən asılı olaraq, suyun daşmasına gətirib çıxarır.

Gəncə şəhər MKTİB əhaliyə müraciət edərək bildirir ki, məişət tullantılarını təyin olunan yerlərə atmaqla özlərinin və ətrafdakı insanların sağlamlığına biganə qalmasınlar.

Ən Çox Oxunan