Gəncədə yerləşən iki yataqxananın ətrafında natəmizlik şəraiti hökm sürür. Bu haqda Gencexeber.az-ın müxbiri 20 noyabr tarixində məlumat verib.
Sözügedən hal şəhərin Aida İmanquliyeva (köhnə Muxtar Hacıyev) küçəsində müşahidə edilir. Təqdim etdiyimiz fotomateriallarda küçə boyunca səpilən tullantılar görülür.
Sakinlərin sözlərinə görə, bu vəziyyət illərdir ki, davam edir.
Daha öncə, Heydər Əliyev prospektinin ara küçələrində mövcud natəmizlik şəraiti barədə məlumat vermişdik.
