Yağışlardan sonra Gəncənin bəzi küçələrini su basır. Kanalizasiya sisteminin mövcud vəziyyətin öhdəliyindən gəlməməsi sakinlərin narazılığına səbəb olur. Bu haqda Gencexeber.az-a 25 noyabr tarixində məlumat daxil olub.
Sözügedən halın müşahidə edilən küçələrdən biridə Əhməd Cəmil küçəsi, Gəncə şəhər İcra Hakimiyyətinin arxasıdır. Bizə təqdim olunan foto və video materiallarda göründüyü kimi suyun səviyyəsi az qala bordür hündürlüyündədir.
“Məncə şəhərdə olan kanalizasiya sisteminin genişləndirilməsinə və su ötürmə qabiliyyətinə nəzər yetirilməlidir. Belə getsə Gəncənin adını suyun üzərində yerləşən məşhur İtaliya şəhərin adına dəyişməli olacayıq” – deyə sakin bildirib.
Şəhərin digər hissələrində yollarda asfalt örtüyünün olmaması səbəbindən palçıq yaranır. Uşaqların məktəbə gedən yollarının natəmiz şəraitdə olması valideyinləri narazı edir.
