18.6 C
Gence
18.6 C
Gence

Gəncədə təsərrüfat ləvazimatlarının bərpası işləri görülür

MKTİB-nin emalatxanasında təmir-bərpa işləri həyata keçirilir. Bu haqda 20 aprel tarixində Gəncəxəbər.az Gəncə MKTİB-yə istinadən xəbər verir.

İşlər Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-tikinti və Qəza xidməti şöbəsinin emalatxanasında baş tutur. İstiqamətləndirici məlumat lövhələri və bir sıra başqa təsərrüfat ləvazimatları təmir olunur.

Emalatxanada boyası solmuş və təmirə ehtiyacı olan lövhələrin üzərində təmir-bərpa işləri görülür. Bundan başqa, şəhərin müxtəlif ərazilərində mövcud olan dekor, əl sənəti olan oturacaq-skamya və ağac gövdəsi formasındakı güldanların da təmir-bərpası icra edilir.

təsərrüfat ləvazimatları
Gəncə Mktib

Ən Çox Oxunan