13 C
Gence
13 C
Gence

Gəncədə təmizlik aksiyası keçirilib

Gəncədə MKTİB tərəfindən təmizlik aksiyası təşkil olunub. Bu haqda 31 yanvar tarixində Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən xəbər verir.

Şəhərin Ozan küçəsində, Gəncə çayının məcrasında və Dəmir Yolu Vağzalının yaxınlığında yerləşən parkın ərazisində genişmiqyaslı təmizlik işləri görülüb. Aksiyaya Ərazi Xidmət Sahələrinin əməkdaşları və birliyin texnikası cəlb olunub. Adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, eləcə də daş, qum və toz-torpaqdan təmizlənib.

Yığılan xəzəllər və digər tullantıların bir yerə toplanılaraq ərazidən daşınması təmin edilib. İstirahət məkanlarında təmirə ehtiyacı olan skamyalar yeniləri ilə əvəz edilib.

Ən Çox Oxunan