22.5 C
Gence
22.5 C
Gence

Gəncədə su xəttində qəza baş verib

Gəncənin Nizami prospektində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 18 dekabr tarixində məlumat daxil olub.

Sözügedən məsələ “Ulduzlu gecə” şadlıq sarayının yanında qeydə alınıb. Orada saat 10:30 radələrində su borusu partlayıb. Təxminən 500 metr məsafədə küçə boyunca axan su yolda palçıq yaradıb.

Hal-hazırda “Azərsu” ACS-nin əməkdaşları borunun təmiri üçün əraziyə cəlb olunublar.

Əldə etdiyimiz məlumata əsasən, bir müddət öncə su xəttinin həmin hissəsində təchizatın bərpası üçün işlər aparılmışdı. Çalanın üstü örtülməmişdir.

Xatırladak ki, Şah İsmayıl Xətai prospektində baş vermiş kommunal qəza haqda məlumat vermişdik.

 

Ən Çox Oxunan