Gəncənin Ozan küçəsində su borusu təmir olunub. Bu haqda Gencexeber.az-ın müxbiri 12 oktyabr tarixində xəbər verib.
İşlər Azərbaycan Dövlət Aqrar Universitetinin yanında aparılır. Orada yer qazılaraq 1-2 metr məsafədə boru yenisi ilə əvəz olunub.
Qeyd edək ki, xətt həm sözügedən universiteti, həm də ərazidə yerləşən evləri su ilə təchiz edir.