Gəncədə boruların çürüməsi səbəbindən küçə boyu su axır. Bu haqda Gencexeber.az-ın müxbiri 19 noyabr tarixində məlumat verib.
Sözügedən hal şəhərin Həsən Əliyev küçəsində müşahidə edilir. Küçədə asfalt örtüyünün olmaması səbəbindən su torpağa qarışaraq palçıq yaradıb.
Sakinlərin sözlərinə görə, adiyyəti quruma müraciət olunsada, məsələ diqqətsiz qalıb.
Qeyd edək ki, paralel olaraq köhnə xətlərdə su itkisinin qarşısını almaq üçün borular yenilənir. Gəncədə su-kanalizasiya layihəsinin reallaşdırılması çərçivəsində 50 minə yaxın abonent fasiləsiz olaraq içməli sudan istifadə edir.


