21.9 C
Gence
15.5 C
Ganja

Gəncədə su borusu deşilib

Yeni Gəncə qəsəbəsinin 28 may küçəsi 46 ünvanında su borusu deşilib. Bu haqda Gencexeber.az müxbiri 13 avqust tarixində xəbər verib.

Müxbirimizin aldığı məlumata görə, dörd binada iki gündür su təchizatı yoxdur. Aidiyyatı qurumun əməkdaşları borunun deşildiyi yeri qazıblar, lakin işlər tamamlanmayıb. Xəndək piyadaların və avtomobillərin hərəkətinə maneə törədir.

Eyni mənzərə Nizami prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsi 41 nömrəli məktəbin arxasında müşahidə olunur. 4 gün öncə başlayan təmir işləri yekunlaşmayıb. Hazırda yolun ortasında yaranan xəndək piyadaların və maşınların gediş-gəlişini çətinləşdirib.