Gəncədə su boruları təmir edilib. Bu haqda 11 fevral tarixində Gəncə Sukanal TSC-nin rəsmi səhifəsinə istinadən xəbər veririk.
Su təchizatının yaxşılaşdırılması məqsədilə şəhərin Eminbəyli, Şəddadilər, Ordubadi və Qəmərli küçələri, eləcə də 3-cü mikrorayon, bina 26 və Bakı küçəsi, 31 ünvanlarında mövcud su boruları istismara yararlı vəziyyətə gətirilib.
Təmir-bərpa işləri Sukanal TSC-nin qəza-bərpa əməkdaşları tərəfindən aparılıb.