20.6 C
Gence
20.6 C
Gence

Gəncədə son 5 gün ərzində daha bir qəzalı boru “süni fontan” yaradıb

Gəncədə növbəti “süni fontan” bu gün səhər saatlarından etibarən fəaliyyətə başlayıb. Baş verən kommunal qəza ilə bağlı dekabrın 28-i Gencexeber.az-ın izləyicisindən məlumat daxil olub.

Sözügedən hal şəhərin 5-ci mikrorayon ərazisində, 7 saylı tam orta məktəbə və 33 saylı uşaq bağçasına gedən yolda müşahidə edilir. Fərdi yaşayış evlərinin arasında, yolun hərəkət hissəsində su borusu partlayıb. Bu səbəbdən təxminən 5 metr yüksəkliyə su sıçrayır.

İzləyicimiz bildirib ki, bir həftədir yola axan su artıq “fontan” vurdu. Aidiyyəti quruma xəbər verilsə də, məsələ həll olunmayıb.

Dekabrın 24-ü isə Aida İmanquliyeva küçəsində yerləşən 16-cı binanın arxasında analoji vəziyyət qeydə alınmışdır.

Ən Çox Oxunan