10.3 C
Gence
10.3 C
Gence

Gəncədə sakinlər qaz problemi ilə üzləşiblər

Gəncədə sakinlər qaz təminatının zəif olmasından gileylənirlər. Bu haqda 24 yanvar tarixində xəbər veririk.

Sözügedən problem Cavad xan qəsəbəsinin Elsəvər Əhmədov küçəsində müşahidə edilib. Sakinlər bildirirlər ki, qışın kəskin keçən vaxtlarında qazın zəif verilməsi onların sağlamlığına təsir edir.

“104 və 185 çağrı mərkəzlərinə dəfələrlə müraciət etmişik. 104-dən bizə bildirirlər ki, məsələ onların nəzarətində deyil. 185-dən isə hər dəfə məlumat verəcəklərini  deyirlər, lakin məsələ hələ də öz həllini tapmayıb”, – deyə sakin öz müraciətində bizə bildirib.

 

Ən Çox Oxunan