24.1 C
Gence
24.1 C
Gence

Gəncədə qazla hələ də təmin olunmayan bina: “Polislər binası”da 52 ailə yaşayır

Gəncənin Gülüstan qəsəbəsində 52 ailə 30 ildir ki, qazsız yaşayır. Bu haqda Gencexeber.az-ın izləyicisi dekabrın 10-nu məlumat verib.

Gəncənin Gülüstan qəsəbəsində 52 ailə 30 ildir ki qazsız yaşayır. Bu haqda Gencexeber.az-ın izləyicisi dekabrın 10-nu məlumat verib.

Üçüncü mikrorayon bina 1 qazla təchiz edilməyib. Əldə etdiyimiz məlumata əsasən, ətrafdakı bütün binalar qazla təmin olunub. Hal-hazırda orada yerləşən 54 mənzildə 52 ailə yaşayır. Binada bütün mənzilin çıxarışı var.

İzləyicimizin sözlərinə görə, mənzillərdə heç vaxt qaz olmayıb. Sakinlər dəfələrlə sözügedən məsələnin həlli üçün müxtəlif qurumlara müraciət etsələr də problemlərinə əlac qılan olmayıb.

Bina 1989-cu ildə Daxili İşlər Nazirliyinin sifarişi ilə tikilib. 1994-cü ildə isə mənzillər Nizami rayon İcra Hakimiyyəti tərəfindən veteran və qazi ailələrinə paylanılıb. Günü bu gün də tikili “Polislər binası” kimi tanınır.

Ən Çox Oxunan