24.7 C
Gence
24.7 C
Gence

Gəncədə qaz borusu təmir edilib

Gəncənin Gülüstan qəsəbəsində Azəriqaz İB-nin əməkdaşları qaz xəttini təmir ediblər. Bu haqda Gencexeber.az-ın müxbiri 6 noyabr tarixində məlumat verib.

Ötən gün ərazində aparılan qaz borusunun təmiri üzrə işləri Faiq Tağıyev küçəsində müşahidə edilib. Orada aidiyyəti qurumun çilingərləri borunun bir hissəsini dəyişiblər.

Qeyd edək ki, şəhər ərazisində istismar müddəti başa çatmış qaz sayğaclarının yeniləri ilə əvəz olunması tədbirləri davam etdirilir. Azəriqaz İB-nin mühəndis və çilingər heyəti “Zenner” elektron və mexaniki sayğaclarını quraşdırırlar.

Ən Çox Oxunan