26.4 C
Gence
26.4 C
Gence

Gəncədə qəzalı kanalizasiya borusu illərdir ətrafa pis qoxu yayır

Gəncənin Fərhad Əliyev küçəsində çirkab suları axır. Bu haqda Gencexeber.az-a fevralın 7-si məlumat daxil olub.

Sözügedən hal Asan Xidmət mərkəzinin arxasında müşahidə edilir. Yolun dağılmış asfalt örtüyünün çökəklikləri kanalizasiya suları ilə dolub. Ətrafa pis qoxu yayılır.

Sakinlərin sözlərinə görə, bu hal illərdir davam edir. Onlar aidiyyəti qurumlara xəbər versələr də, məsələ öz həllini tapmayıb.

Ən Çox Oxunan