13.6 C
Gence
13.6 C
Gence

Gəncədə natamam yenilənən kanalizasiya xətti daşır

Cavadxan qəsəbəsində kanalizasiya çətinliyi yaşanır. Bu haqda noyabrın 18-i Kəpəz televiziyasına istinadən məlumat veririk.

Söhbət Fərman İmamquliyev küçəsindən gedir. Ərazidə bir müddət əvvəl kanalizasiya xətti yenilənmiş, lakin işlər sonadək icra edilməmişdir.

Bu günədək həmin xəttə yeni məskunlaşan 50-yə yaxın ailə qoşulub. Nəticədə çirkab sular küçə boyu axaraq gediş-gəlişə mane olur və mövcud vəziyyət uzun müddətdir həll edilmir.

 

Ən Çox Oxunan